İsrail dərhal işğala son qoymalıdır – Ərdoğan

image-1backend
image-ad_qayo_720x110px

“İsrail Fələstin ərazilərinin işğalına son qoymalı və dəyən zərəri ödəməlidir”.

Busaat.az xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan rəsmi təmaslar üçün səfər etdiyi Malayziyanın paytaxtı Kuala Lumpurda Baş nazir Ənvər İbrahim ilə birgə mətbuat konfransında deyib.

“Türkiyə ilə Malayziya arasında daha əvvəl 5 milyard dollar olaraq təyin etdiyimiz ikitərəfli ticarət həcmini indi 10 milyard dollara çatdırmaq qərarına gəldik”, deyə dövlət başçısı qeyd edib.

Ərdoğan Orta Şərqdəki hadisələrlə bağlı bunları deyib:

“İsrail Fələstin ərazilərinin işğalına son qoymalı və dəyən zərəri ödəməlidir. 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövlətinin yaranması vacibdir. Əgər bütün ASEAN üzvləri Qəzzaya yardım göstərmək üçün əl-ələ verərsə, buna nail ola biləcəyimizə inanıram”.

Malayziyanın Baş naziri Ənvər İbrahim də birgə mətbuat konfransında deyib:

“Müsəlman dünyasının lideri, ədalətin və insan haqlarının müdafiəçisi olan bir liderə (Prezident Ərdoğan) ev sahibliyi etdiyimiz üçün şanslıyıq.

Türkiyə Qəzzada liderlik nümayiş etdirdi. Mənim tanıdığım heç bir ölkə Türkiyə qədər humanitar yardım göstərmədi.

Əmin ola bilərsiniz ki, Malayziyanın sədrliyi ilə biz ASEAN ölkələrini bu nöqtədə (Qəzzanın yenidən qurulması) səfərbər edəcəyik.

(Qəzzada atəşkəsin irəliləməsi) İsrailin təcavüzkar və genişlənmə siyasəti davam edir. Müstəmləkəçi geri çəkilmədiyi halda necə irəliləyiş əldə etmək olar?”

Daha sonra prezident Ərdoğan və Malayziyanın Baş naziri İbrahimin iştirakı ilə iki ölkə arasında müxtəlif sahələrdə 11 müqavilə imzalanıb.

Qeyd edək ki, Ərdoğan rəsmi görüşlər üçün getdiyi Malayziyada Baş nazir Ənvər İbrahim tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Daha sonra Ənvər İbrahim “Yeni Əsrdə Türkiyə-Malayziya Strateji Əməkdaşlıq” toplantısı çərçivəsində Beynəlxalq Konqres Mərkəzində dövlət qulluqçuları və universitet tələbələri qarşısında çıxış edib.

Ərdoğanın Malayziya ilə qurulmasında göstərdiyi böyük tərəfdaşlıq və həmrəyliyə görə təşəkkürünü bildirən Ənver İbrahim Türkiyənin kosmos texnologiyaları və süni intellekt kimi sahələrdəki investisiyalarına və inkişaflarına diqqət çəkib.

Siyasətin hər zaman nəzərəçarpacaq nəticələr vermədiyini, lakin bunun vazkeçilməz olduğunu vurğulayan Ənver İbrahim deyib:

“Türkiyə milli şüurunu və ləyaqətini ciddi şəkildə artırmış bir ölkədir. O, geosiyasi baxımdan qlobal gücə çevrilib”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki