İsrail Hizbullahın hərbi obyektlərinə zərbələr endirib

image-ates-1backend

İsrail Livandakı Hizbullah hərbi obyektlərinə hava zərbələri endirib.

Busaat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) bildirib.

“Qısa bir müddət əvvəl IAF qırıcıları Chebaa bölgəsində “Hizbullah”ın hərbi strukturuna zərbələr endirib. Eyni zamanda, Aytarun və Markaba bölgələrində əlavə iki hərbi struktura və terrorçulara zərbələr endirilib”, – deyə məlumatda deyilir.

Qeyd edək ki, ötən gün Hizbullah Livan üzərində əməliyyat keçirən İsrail qırıcılarına zenit raketləri atıb. Döyüş təyyarələri üçün heç bir təhlükə yaranmayıb və xəsarət alan olmayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki