İsrail Müdafiə naziri Anıtkabiri ziyarət edib: “Atatürkün xatirəsinə sülh üçün çalışaq”

image-15006709102346851335backend

 İsrailin Müdafiə naziri Benni Qantz bu gün Türkiyəyə rəsmi səfərə gəlib. Qantz səfər çərçivəsində Anıtkabiri ziyarət edib.

Busaat.az xəbər verir ki, Türkiyə Müdafiə naziri Hulusi Akarla görüşən Gantz burada hərbi mərasimlə qarşılanıb.

Nümayəndə heyəti ilə Anıtkabiri ziyarət edən İsrail Müdafiə naziri Qazi Mustafa Kamal Atatürkün məqbərəsi önünə əklil qoyaraq onun xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Milli Pakt Qülləsinə gedən Gantz, Anıtkabir Xüsusi Kitabını imzalayıb. Gantz Qazi Mustafa Kamal Atatürkün “Yurtda Sülh, Dünyada Sülh” ifadəsinə istinad edərək xatirə dəftərinə bunları yazıb:

“Atatürkün bu hikmətli sözlərindən illər sonra Qüdsdəki Ağlama Divarına baş çəkdim. İsrail xalqı, ortaq xalqlarla və öz xalqımızın daxilində əbədi sülh istəyərək kiçik bir istək yazdım: Bizə və içimizdəkilərə sülh diləyirəm.

Bu ruhda Türkiyəyə tarixi səfərimə Türkiyənin 99-cu Milli Bayramı öncəsi Cümhuriyyət qəhrəmanının xatirəsini yad etməklə başlamaqdan şərəf və qürur duyuram. Onun xatirəsinə doğma yurdlarımıza, bölgəmizə və dünyaya sülh və firavanlıq gətirmək üçün birlikdə çalışaq”.

İsrailin müdafiə naziri Qantz daha sonra nazir Hulusi Akarı ziyarət edib. Akar rəsmi səfərdə olan Gantzı Milli Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılayıb.

Mərasim heyətini “Salam, əsgər” deyərək salamlayan Gantz daha sonra Şərəf kitabını imzalayıb. Nazir Akar və nazir Gantzın təkbətək görüşündən sonra iki nazirin başçılıq etdiyi nümayəndə heyətləri arasında görüş başlayıb.

Digər tərəfdən, Yunan mediası iddia edib ki, Gantzın səfərindən əvvəl İsrail mənbələri Yunanıstana “Türkiyə ilə münasibətlərin normallaşması Afina ilə təmaslarımıza təsir etməyəcək” mesajını verib.

Xəbərə görə, İsrail rəsmiləri strateji baxımdan Yunanıstanla əlaqələrə böyük əhəmiyyət verdiklərini bildiriblər.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90