İsrail-​Türkiyə  gərginliyi: Tərəflər sərt bəyanatlarda imtina etməsə…

image-87backend

“Yaxın zamanlarda Türkiyə ilə İsrail arasında hansısa qarşıdurmanın baş verməsi gözlənilmir”.

Bu sözləri Türkiyə-İsrail gərginliyinin mümkün təsirlərini şərh edən politoloq Tural İsmayılov Busaat.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, xüsusən də “Mavi Vətən” hərbi dəniz təlimi ilə bağlı prosesdən sonra Türkiyə ilə İsrailin ulduzları barışmır:

“Müəyyən dövr ərzində Türkiyə ilə İsrail arasındakı münasibətlərin normallaşması üçün pozitiv işlər görülmüşdü. Lakin sonrakı dövrdə bu addıma böyük zərbə vuruldu. Belə ki, beynəlxalq münasibətlər səviyyəsində yaşanan bəzi anlaşılmazlıqlar Türkiyə ilə İsrail arasındakı çatları daha da dərinləşdirdi. Bu çatlar nə Türkiyəyə, nə də İsrailə xeyir verir. Bütün hallarda Türkiyənin HƏMAS və Fələstinlə bağlı məsələlərdə İsraillə müəyyən fikir ayrılıqları olsa da, istənilən halda Türkiyə-İsrail münasibətlərində aktiv hərbi əməliyyatların baş verməsi istisnadır”.

Tural İsmayılov:  Türkiyə ilə İsrail arasında diplomatik dil daha ağır olmalıdır və kəskin ritorikadan əl çəkilməlidir

Türkiyənin bölgədə çox vacib ölkə olduğunu vurğulayan müsahibimiz hesab edir ki, Türkiyə ilə İsrail arasında diplomatik dil daha ağır olmalıdır və kəskin ritorikadan əl çəkilməlidir.

“İsrail xarici işlər naziri İsrail Katzın Türkiyə ilə bağlı sonuncu açıqlaması qəbul edilən deyil. Əgər hər iki ölkə sərt bəyanatlardan imtina etməsə, iki ölkə arasında münasibətlər gərgin olmaqda davam edəcək”,- deyə Tural İsmayılov qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki