İstanbulda terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı 7 şübhəli saxlanıldı
İstanbul Polis İdarəsi Kəşfiyyat Şöbəsi və TEM Şöbə Müdirliyi qrupları separatçı təşkilat PKK/KCK və onun Suriya qolu PYD/YPG-yə qarşı yeni araşdırma aparıb.
Busaat.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
Bildirilib ki, keçirilən istintaq çərçivəsində terror təşkilatının Türkiyəyə qarşı fəaliyyətinin deşifrə edilməsi və qarşısının alınması istiqamətində aparılan araşdırmalarda saxlanılan şəxslərin PKK/KCK terror təşkilatı və onun Suriya qolu PYD/YPG-də silahlı fəaliyyət göstərdikləri müəyyən edilib.
Səhər saatlarında keçirilən zəncirvari əməliyyatlarda 7 təşkilat üzvü saxlanılıb. Onların gizləndiyi və sığındığı ünvanlarda aparılan axtarışlar zamanı çoxlu sayda təşkilati sənəd və rəqəmsal materiallar ələ keçirilib.





