İsti hava şəraiti nə vaxtadək davam edəcək?

İsti hava şəraiti nə vaxtadək davam edəcək?backend

Ölkə ərazisində qış fəslinə uyğun olmayan isti hava şəraiti müşahidə olunur. Bəzi Avropa ölkələrində olduğu kimi ölkəmizdə də ilin ilk günlərində hava şəraiti yağmursuz keçir, cənub küləkləri üstünlük təşkil edir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 15 dərəcəyədək isti, dağlıq rayonlarda isə 7-12 dərəcə isti qeydə alınıb, hazırda havanın temperaturu iqlim normasından 5 dərəcəyədək yüksəkdir:

“Ölkə ərazisində nisbətən yüksək temperatur qeydə alınsa da, lakin bu ay üçün rekord deyil. Belə ki, 2007 və 2019-cu illərdə Bakıda havanın maksimal temperaturu 20.1 dərəcə isti olub”.

Xidmət rəisi onu da qeyd edib ki, yaxın günlərdə hava şəraitində dəyişiklik olmayacaq. Lakin yanvarın 4-ü gündüzdən 8-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə arabir güclənən cənub-qərb küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

“Yanvarın 5-də gün ərzində hava şəraitinin əsasən şərq rayonlarında az yağıntılı olacağı, dağlıq rayonlarda isə zəif qar yağacağı ehtimalı var”, – U.Tağıyeva vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90