İsveçrə Suriyada tərəflər arasında neytral vasitəçi kimi öz xidmətlərini təklif etməyə hazırdır.
Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin mətbuat katibi Pyer-Alen Elçinqer bildirib.
“İsveçrə maraqlı tərəflərin müraciət edəcəyi təqdirdə öz xidmətlərini təklif etməyə hazırdır və bütün tərəfləri dialoqa və sülh yolu ilə keçidə çağırır”, – o qeyd edib.