Ötən gün İctimai Televiziyanın yaranmasının 17 illiyi münasibətilə tədbir keçirilib.
Busaat.az xəbər verir ki, tədbirə hazırda televiziyada işləyən əməkdaşlarla yanaşı, bu qurumda vaxtı ilə fəaliyyət göstərmiş şəxslər də dəvət olunub.
Tədbirdə iştirak edən şəxslər arasında İctimai TV-nin sabiq rəhbərləri İsmayıl Ömərov və Cəmil Quliyev də olub. Onların İctimai Televiziya və Radio Yayımları Şirkətinin hazırkı Baş direktoru Balakişi Qasımovla birgə çəkilən fotosu sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.