“Jurnalistikamızın acınacaqlı durumunun ekranlara çıxarılması…” – Qulu Məhərrəmli

image-ozturkfilmbackend

“İkinci Qarabağ savaşının media qəhrəmanlarından biri olan Fulya Öztürk haqqında sənədli film çəkilməsi ilə bağlı ürəkbulandıran mübahisələrin predmeti aydın deyil”.

Busaat.az xəbər verir ki, bunu “CNN-Türk” kanalının hərbi müxbiri Fulya Öztürk barədə sənədli film çəkilməsi ətrafında yaranan geniş müzakirələri dəyərləndirən teletənqidçi, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Qulu Məhərrəmli bildirib.

Professor qeyd edib ki, sözügedən filmin Tahir Tahiroviç kimi təcrübəli rejissora verilməsi də təqdirəlayiqdir:

“Fikrimcə, “Fulya haqda niyə film çəkilir” sualı mübahisə predmeti ola bilməz. Amma “niyə bizdə olan reportyorlara yaxşı şərait yaradılmır, niyə mediamız ümumən asılı və fərsizdir, yaxud bizdə niyə yaxşı hərbi reportyorlar yetişmir” sualları üçün müzakirəyə həmişə açıqdır. Mən eyni zamanda üzdə olan yaxşı reportyorlarımıza dəyər verilməsi kimi haqlı istəyi, müstəqillik dövrü mətbuat tariximizdə iz qoymuş Nəcəf Nəcəfov, Elmar Hüseynov, Çingiz və Vahid Mustafayevlər, Salatın Əsgərova və s. jurnalist-reportyorlarımız haqda film çəkilməsi ideyasını təqdir edirəm. Jurnalistikamızın indiki acınacaqlı durumunun ekranlara çıxarılması zərurətini deyənləri, büdcədən hər hansı film üçün vəsait ayrılarkən ictimai rəyin nəzərə alınmasını vacib sayanları da haqlı hesab edirəm”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki