Türkiyənin sabiq baş naziri Binali Yıldırımla birlikdə gələn heyət, prezident İlham Əliyevlə görüşdə danışılan bəzi məqamlar barədə məlumat yayıb.
Busaat.az yeniavaz-a istinadla xəbər verir ki, Kürşad Zorlu həmin görüşdə Azərbaycan prezidenti İlham Əliyevə Paşinyanla bağlı bir sual ünvanladıqlarını bildirib: “Sizin Paşinyana rəqs edən təlxək dediyiniz bildirilir, bu doğrudurmu?”, – deyə soruşduq. Azərbaycan prezidenti İlham Əliyev isə – “bəli, doğrudur, ona hələ az demişəm”, – deyə cavab verdi”.
Yazının davamında isə prezident, Ermənistana çox sayda silah daşındığını, bu barədə beynəlxalq təşkilatlara məlumat verildiyini ancaq heç bir nəticənin əldə olunmadığını qeyd edib.