Cənubi Koreya istehsalı olan “Kalmar oyunu” serialına “Netflix”in 111 milyondan çox istifadəçisi baxıb.
Bu barədə Busaat.az KBC telekanalına istinadən xəbər verir.
Onun məlumatına görə, sentyabrın 17-də işıq üzü görən serial bugünkü gün 94 ölkədə “Netflix” platformasında populyarlığa görə birinci yerdədir.
Telekanal qeyd edir ki, bu, ABŞ-da 21 gündür birinci yeri tutan ingilis dilində olmayan ilk serialdır.
Serialın süjeti sağ qalmaq uğrunda mübarizə aparan oyunun iştirakçılarından bəhs edir. Qalibə böyük pul mükafatı çatacaq.