Kamran Əliyev bu tarixdə vətəndaşlarla görüşəcək

image-1709109199-kamranbackend

Baş prokuror Kamran Əliyev Cəlilabadda vətəndaşları qəbul edəcək.

Busaat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Baş prokuror Kamran Əliyev martın 5-də, saat 10:00-da Cəlilabad rayon prokurorluğunun inzibati binasında Cəlilabad, Masallı və Yardımlı rayon sakinlərinin qəbulunu keçirəcək.

Qeyd edilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Cəlilabad rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki