“Dağlıq Qarabağdakı sülhməramlı missiya kimi Rusiya iştirak edəcək. Tərəflər yalnız onun həyata keçirilməsinin elementlərini Türkiyə ilə əlaqələndirə bilər”.
Busaat.az xəbər verir ki, bu fikirləri “Rusiya 24” telekanlına müsahibəsində Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev bildirib.
“Azərbaycan Prezidentinin açıqlamasında Türkiyəyə müəyyən mesajlar gördük – bunun birgə əməliyyat olacağına”. Ancaq gəlin üçtərəfli bəyanatı (RF, Ermənistan və Azərbaycan), habelə Rusiya Federasiyası Prezidentinin təqdim etdiyi mətni diqqətlə oxuyaq. Xüsusilə Rusiya sülhməramlı kontingentinə aiddir. Bəli, ehtimal ki, tərəflərin hərəkətlərinin bəzi koordinasiya elementləri mümkündür, çünki Türkiyənin Azərbaycanda və Dağlıq Qarabağ ətrafında olması faktını dana bilmərik”, – deyə Kosaçev vurğulayıb.
KONKRET.az