Kosovo ilə Serbiya arasında gərginlik yenidən ARTDI

image-sirpppbackend

Kosovonun şimalında əsasən serblərin yaşadığı Leposaviç yaxınlığındakı Kosovo polisinin nəzarət-buraxılış məntəqəsində “saxla” xəbərdarlığına tabe olmayan avtomobil polis maşınına çırpılaraq hadisə yerindən uzaqlaşmağa çalışıb. Hadisədən sonra iki ölkə arasında gərginlik yenidən artıb.

Busaat.az xəbər verir ki, Kosovo polisindən verilən açıqlamaya görə, polis məmurlarının həyatının birbaşa təhlükə altında olması səbəbiylə avtomobilə atəş açılıb.

“Keçid məntəqəsindəki polis bölməsi hərəkətdə olarkən Kosovo polis maşını ilə toqquşaraq polis məmurlarının həyatı üçün təhlükə yaradan avtomobili saxlamağa çalışıb. Polis əməkdaşları təhlükəni zərərsizləşdirmək üçün avtomobilə atəş açıblar”, – bəyanatda qeyd edilib.

Kosovo daxili işlər naziri Xelal Sveçla da sosial media hesabında Kosovo polisinə qarşı zorakılığa dözülməyəcəyini bildirib: “Biz Leposaviçdəki insidentdən çox narahatıq. Avtomobildə olan iki nəfər polis postundan qaçmağa çalışıb. Onlar qəsdən Kosovo polis maşınına çırpılıb və polislərin həyatını təhlükəyə atıblar. Vəziyyəti aradan qaldırmaq üçün polis əməkdaşları maşına atəş açmalı olub”.

Serbiyanın Kosovo Hökuməti Ofisinin direktoru Petar Petkoviç hadisəyə reaksiya verərək polisin avtomobildəki insanlara səbəbsiz atəş açdığını iddia edib.

Petkoviç açılan atəş nəticəsində yaralanan şəxsin müalicə altına alındığını açıqlayıb.

Digər tərəfdən Kosovo polisi ölkənin şimalında serblərin yaşadığı bölgələrdə divarlara “Vaqner” yazılarının yazıldığını və bu səbəbdən istintaqın davam etdiyini bildirib.

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90