Kriptovalyuta birjasından dollar HƏMLƏSİ

image-106911986-1626436738459-gettyimages-1232552144-omarques_26042021_financekrk_5backend

Binance və onun təsisçisi Changpeng Zhao-ya qarşı ABŞ-də məhkəmə iddiası qaldırıldıqdan sonra Binance-in ABŞ qolu dollarla depozitləri dayandırıb.

Busaat.az xəbər verir ki, kriptovalyuta birjası Binance iyunun 13-dən etibarən bank tərəfdaşlarından pul çıxarılmasını dayandırmağa hazırlaşdığını açıqlayıb.

Dünyanın ən böyük kriptovalyuta birjası olan Binance-in ABŞ bölməsi Twitter-də verdiyi açıqlamada bir müddət yalnız kriptovalyuta əməliyyatlarının həyata keçirildiyi platformaya keçmək üçün “proaktiv addımlar” atdığını bildirib.

Müştərilərinə göndərdiyi qeyddə şirkət kriptovalyutalarla əməliyyatların, stakeinq, vəsaitlərin qoyulması və çıxarılmasının davam edəcəyini bildirib.

ABŞ-nin kapital bazarlarının tənzimləyicisi olan SEC, bazar ertəsi Binance və onun baş direktoru Changpeng Zhao-nu məhkəməyə verdikdən bir gün sonra başqa kriptovalyuta birjası Coinbase-i məhkəməyə verərək kriptovalyuta bazarına təzyiqi artırıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90