Gəncədə güclü külək fəsadlar törədib.
Busaat.az APA.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında başlayan güclü külək şəhər ərazində yerləşən avtomobil emalatxanasının hasarını uçurub. Uçqun nəticəsində iki maşına ziyan dəyib. Orada olan “VAZ 2107” markalı maşın yararsız hala düşüb, “Hyundai” avtomobilinin ön hissəsi əzilib.
Qeyd edək ki, hazırda qərb bölgəsində qismən küləkli hava şəraiti müşahidə edilir.