Kursk vilayətinə ATACMS-la iki zərbə endirilib – Rusiya MN

image-6745c8ddd6d226745c8ddd6d2317326266536745c8ddd6d206745c8ddd6d21jpg-1732628170backend

Ukrayna Silahlı Qüvvələri son üç gündə Kursk vilayətindəki hədəflərə uzaqmənzilli Qərb silahları ilə iki zərbə endirib.

Busaat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ilk zərbə noyabrın 23-də beş ATACMS raketi ilə Rusiyanın S-400 zenit diviziyasının mövqeyinə endirilib, 3 raket məhv edilib, 2-si hədəfə çatıb.

“İkinci zərbə noyabrın 25-də Kursk-Vostochnıy aerodromuna səkkiz ATACMS operativ-taktiki raketi ilə endirilib. Həmin raketlərdən yalnız biri hədəfə çatıb”, – deyə Rusiya MN-nin məlumatında bildirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki