Lavrov Cənubi Afrika Respublikasına işgüzar səfərə gedib

image-1378761backend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Afrika Respublikasına işgüzar səfərə gəlib.

Busaat.az TASS-a istinadən xəbər verir ki, nazirin təyyarəsi Cənubi Afrika Hərbi Hava Qüvvələrinin Waterkloof bazasına enib.

Onun Cənubi Afrikanın paytaxtı Pretoriyada ölkənin xarici işlər naziri Naledi Pandorla görüşü gözlənilir.

Nazirlər, çox güman ki, iyulun 26-29-da Sankt-Peterburqda keçiriləcək ikinci Rusiya-Afrika sammitinə və konfransına hazırlıq məsələlərini müzakirə edəcəklər. Onlar həmçinin Cənubi Afrikanın bu il sədrlik etdiyi BRİKS-ə, digər beynəlxalq platformalarda iştiraka, ikitərəfli məsələlərə və əsas beynəlxalq tədbirlərə dair fikir mübadiləsi aparacaqlar.

Lavrov cənubi afrikalı həmkarı ilə sonuncu dəfə BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində görüşüblər. Daha sonra tərəflər siyasi dialoqun dərinləşdirilməsində və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində qarşılıqlı maraqlı olduqlarını təsdiqləyiblər.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki