Məzmuna keç
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 812 $▲0.50%
  • Ethereum2 266 $▲0.61%
  • S&P 5007 580▼1.83%
19°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Dünya

Macarıstan Rusiyaya qarşı sanksiyalara qarşı çıxacaq - Macarıstan XİN

image-170642_g7qqa6pm9a
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Aİ ölkələri doqquzuncu sanksiya paketində Rusiyanın nüvə enerjisi şirkətlərinə sanksiyalar tətbiq edilməsini təklif ediblər.

Busaat.az xəbər verir ki, Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Szijjarto Brüsseldə müzakirə olunan Aİ-nin Rusiyaya qarşı sanksiyalarının doqquzuncu paketinin öz milli maraqlarına mane olmasına imkan verməyəcəyini bildirib.

“Macarıstan hökuməti artıq Brüsseldə hazırlanan doqquzuncu sanksiya paketini müzakirə edərkən öz milli maraqlarını qorumağa davam edəcək və macarların Ukraynadakı müharibəyə görə haqsız yerə əziyyət çəkməsinə imkan verməyəcək” – deyə, macar diplomat qeyd edib.

Nazir əlavə edib ki, Aİ-nin Rusiyaya qarşı əvvəllər tətbiq etdiyi sanksiyalar Ukrayna münaqişəsinin sona çatmasına kömək etməyib və yalnız Avropada iqtisadi vəziyyəti daha da pisləşdirib. Onun sözlərinə görə, sanksiyalar qitənin iqtisadiyyatını tənəzzülə sürükləyir.

Keçən bazar günü Kossuth Radiosunun efirində danışan Szijjarto əlavə edib: “Bəzi Aİ ölkələri doqquzuncu sanksiya paketinə Rusiyanın nüvə enerji şirkətlərinə qadağa qoyulmasını təklif ediblər. Bu, Macarıstan üçün qəbuledilməzdir. Bu bizim üçün qırmızı xətt idi, çünki bizim Paksdakı atom elektrik stansiyası Rusiya tərəfindən təmin edilən nüvə yanacağı ilə işləyir. Mən Macarıstanın enerji sahəsində milli maraqlarını pozan heç bir şeyi dəstəkləməyəcəm. Aİ liderləri əvvəldən Rusiyaya qarşı sanksiyaların hazırlanması zamanı nüvə enerjisi mövzusunu gündəlikdən çıxarmağa razılaşıblar. Budapeştdən 100 kilometr cənubda, Dunay çayının sahilində sovet texnologiyaları ilə tikilmiş Paksdakı atom elektrik stansiyasında VVER-440 reaktorları olan dörd enerji bloku var. Zavod ölkənin enerji istehsalının 49,6%-ni və elektrik enerjisi istehlakının üçdə birindən çoxunu təmin edir”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90305