“Makron Putinin simasını saxlamaq üçün suverenliyimizi güzəştə getməmizi istədi”

image-zelenskibackend

“Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə son qoymaq üçün danışıqlara vasitəçilik etməkdə uğur qazana bilmədi”.

Busaat.az  xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər Ukrayna prezidenti Vladimir Zelenskinin İtaliyanın “Rai 1” telekanalına müsahibəsində səslənib.

“Biz Rusiya üçün hansısa çıxış yolu axtarmamalıyıq və cənab Makron bunu boş yerə edir. Cənab Makron bilməlidir ki, Rusiya özü istəməsə heç bir şey alınmayacaq. Fransa lideri sadəcə vasitəçilikdə müəyyən nəticələr əldə etmək istəyirdi, lakin buna nail ola bilmədi”,-deyə Zelenski qeyd edib.

Ukrayna prezidenti fransız həmkarının ondan Putinin simasını qorumaq üçün hətta suverenliyin müəyyən qismindən vaz keçməsini istədiyini söyləyib.

“Mən bunu düzgün hesab etmirəm. Biz kiminsə simasını qorumağa çalışmırıq və buna görə ərazilərimizi itirməyə razı deyilik. Bu, vaxt itkisidir”,-deyə V.Zelenski bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90