Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 497 $▼0.34%
  • Ethereum2 339 $▼0.67%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
İdman

“Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi Palmer “Çelsi” yə keçdi

image-koul-palmer
Koul Palmer

Əvvəllər “Mançester Siti”də çıxış etmiş ingilis yarımmüdafiəçi Koul Palmer “Çelsi”yə keçib.

Busaat.az xəbər verir ki, transfer barədə klubun rəsmi saytında məlumat dərc olunub.

Yarımmüdafiəçi daha bir mövsüm uzatmaq imkanı ilə “mavilər”lə 7 illik müqavilə imzalayıb.

“O, istedadını və potensialını ən çətin vəziyyətlərdə göstərdi və bu yay 21 yaşadək futbolçular arasında Avropa çempionatında İngiltərəni təmsil etdi. Palmer şübhəsiz ki, növbəti addıma hazırdır və biz onu “Çelsi”də  görməyə çox şadıq”, – idman direktorları Lourens Stüart və Pol Uinstanli Palmerin bu addımını şərh ediblər.

21 yaşlı Palmer “Mançester Siti”nin məzunudur. Bu mövsüm o, iki qol vurduğu “şəhərlilər”in heyətində üç oyun keçirməyi bacarıb.

Daha əvvəl jurnalist Fabrizio Romano bildirmişdi ki, londonlular hücumameyilli yarımmüdafiəçi üçün “vətəndaşlar”a təxminən 46 milyon avro ödəyəcək, daha 6 milyon avro isə bonus olaraq veriləcək.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul