Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Gündəm

Masallıda toy keçirildi – Polis basqın etdi

image-5209a52e-34a9-348a-95b4-3508dfc389ba_850

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən növbəti tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, tədbirlər zamanı Masallı rayonunun Ərkivan qəsəbə sakini Q.Bədəlovun karantin rejiminin qaydalarını pozaraq F.Mirzəyevə məxsus restoranda oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin məclisin təşkilatçıları və orada iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub. 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul