“PSJ”nin hücumçusu Kilian Mbappe karyerasını davam etdirmək variantı ilə bağlı hələ seçim etməyib.
Busaat.az xəbər verir ki, bu barədə jurnalist Bruno Salomon məlumat yayıb.
Onun sözlərinə görə, futbolçu “PSJ”nin “Lens”ə qarşı keçirəcəyi ev oyunundan sonra gələcəyi ilə bağlı açıqlama verə bilər. Görüş avqustun 26-da Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
Xatırladaq ki, Mbappenin 2024/2025 mövsümü üçün “PSJ” ilə müqavilənin avtomatik uzadılması variantından imtina etdiyi və 2024-cü ilin yayında azad agent ola biləcəyi məlum olub. Mətbuatda yayılan xəbərlərə görə, hücumçu bu yay transfer pəncərəsində “Real Madrid”ə keçmək istəyir. Mbappe özü isə növbəti mövsümü “PSJ”də keçirməyi planlaşdırdığını deyir.
24 yaşlı forvard bu mövsüm “Paris Saint-Germain”in heyətində 34 liqa oyununa çıxıb, 29 qol vurub və 5 məhsuldar ötürmə edib.