MDB Hökumət Başçıları Şurasının növbəti iclası gələn il keçiriləcək

image-262302_f5tfbwgjlojpg-1733996596backend

MDB Hökumət Başçıları Şurasının növbəti iclası 2025-ci il mayın 30-na təyin edilib.

Busaat.az xəbər verir ki, bunu Birliyin baş katibi Sergey Lebedev hökumət başçılarının Moskvada keçirilən iclasında deyib.

“MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2025-ci il mayın 30-da Düşənbə şəhərində keçirilməsi təklif olunur. Tacikistan Respublikası rəhbərliyinin razılığı var”, – o bildirib.

Xatırladaq ki, MDB Hökumət Başçıları Şurasının iclasları ildə iki dəfə keçirilir. Növbədənkənar iclaslar dövlətlərdən birinin hökumətinin təşəbbüsü ilə çağırıla bilər.

Beləliklə, 2025-ci ildə MDB-yə sədrlik Tacikistana keçəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki