Məhkəmə 4 yaşlı Məryəmi öldürən şəxslə bağlı qərar verdi

image-meryembackend

Bakıda 4 yaşlı qızı öldürərək quyuya atmaqda təqsirləndirilən şəxs barəsində qərar çıxarılıb.

Busaat.az xəbər verir ki, Xəzər Rayon Məhkəməsi şübhəli şəxs qismində saxlanılmış Mehman Mansoruv barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, istintaq zamanı quyuya atılaraq üstünə torpaq tökülən 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin qətlə yetirildiyi müəyyən edilib. Şübhəli şəxs kimi saxlanılan 1990-cı il təvəllüdlü M.Mansurovun mərhumun qonşusu olduğu bildirilir.

Məlumata görə, atası Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki