Meksikada 40 nəfərin ölümünə səbəb olan yanğınla bağlı 5 nəfər HƏBS EDİLDİ

image-meksika-yanginiha-2020530-1backend

Məhkəmə üç meksikalı immiqrasiya məmuru, bir özəl mühafizəçi və bir venesuelalı mühacirin yanğında iştirak ittihamı ilə həbs edilməsinə qərar verib.

Busaat.az xəbər verir ki, bu barədə Federal Məhkəmə Şurasının verdiyi açıqlamada bildirilib.

Təhlükəsizlik kameralarından götürülən 30 saniyəlik videoda yanğın baş verən zaman bir nəfərin qapını açmağa çalışdığı, lakin bir neçə mühafizəçinin çöldə gəzdiyi görünür.

Prezident Andres Manuel Lopez Obrador bildirib ki, günahkarlar qanunlara uyğun olaraq cəzalandırılacaq.

Meksika rəsmiləri yanğın olan müəssisədə əsasən Qvatemaladan, eyni zamanda Kolumbiya, Ekvador, El Salvador, Honduras və Venesueladan olan ümumilikdə 68 immiqrantın olduğunu bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90