Məmur özbaşınalığı sahibkarı müflis edib – “Azəravtoyol”un İdarə müdiri 324 min manatı niyə qaytarmır?

image-1528993319_1backend

Əliyev Əliheydər Qabil oğlu 2012-ci ildən “Azəravtoyol”un 8 saylı Yol İdarəsinin müdiri Əliheybət Şirinovla 2015-ci ilin noyabr ayına qədər asfalt çəkiliyində istifadə olunan xammalların daşınması ilə bağlı əməkdaşlıq ediblər.

2012-ci ildən asfaltın çəkilişi üçün lazım olan materialları Əliheybət Şirinova məxsus Quba, Qusar, Xaçmazdakı zavodlardan Əhmədli, Dərnəgül və Hövsandakı bazalara daşıyıblar. Xammal daşınmasında təxminən 50 maşın iştirak edib. Həmin maşınlardan 4-ü Əliheydər Əliyevə məxsus olub. Əliheydər Əliyevin sözlərinə görə, Əliheybət Şirinov bu müddət ərzində onlarla müqavilə bağlamaqdan yayınıb:

“Dəfələrlə Əliheybət Şirinova bildirdik ki, əmək müqaviləsi bağlayaq. Dedi ki, siz öz adamımızsınız, sizinlə sonra müqavilə bağlanacaq. Avropa Oyunları ərəfəsi idi, bizə dedi ki, işlər axsamasın, Oyunlar bitsin, bütün məsələlər həll ediləcək.

Aylıq daşınmaların dəyəri haradasa 200 min – 250 min manat arası olurdu. 150 min manatını verib, 50 min manatını saxlayırdılar. Hər dəfə pul əskik veriləndə, Əliheybət Şirinova müraciət edirdik, o da deyirdi ki, narahat olmayın, problem həll olacaq. Əslində, biz də buna görə çıxıb gedə bilmirdik. Bilirdik ki, iş bitmədən çıxıb getsək, borcu ödəməyəcəklər”.

Əliheydər Əliyevlə söhbət zamanı məlum olur ki, bir maşın xammalın daşınması təqribən 350 manata başa gəlirmiş. Şikayətçinin sözlərinə görə, “Azəravtoyol”un 8 saylı Yol İdarəsinin müdiri Əliheybət Şirinovun ona 324 min 660 manat borcu var:

“Əliheybət Şirinov 1997-ci ildən yol idarəsində işləyir. Onun barəsində dövlət qurumlarına şikayət etməyimizə, özü ilə əlaqə saxlamağımza baxmayaraq, borcu verməkdən imtina edir. Nə vaxt zəng edirəm, deyir, vermirəm, get, hara istəyirsən, şikayət elə.

O, təkcə bizim pulumuzu kəsmir, dövlətin pulunu da mənimsəyir. Onun idarəsinin çəkdiyi yollar iki il keçmir ki, yararsız hala düşür. Sabirabad rayonunun Nizamikənd yolunu misal çəkə bilərik. Həmin yol çəkiləndən bir il sonra dağıldı.

O yollardan biri də Şamaxının Çöl Göylər yoludur. Uzunluğu 53 kilometr olan həmin yolun çəkilməsinə 50 milyon manat vəsait ayrılmışdı. Ancaq o yola sərf olunacaq hər komponentə əl uzatdılar – istər asfaltın üst qatından, istər alt qatından, istər yanacaqdan və sair. Ona görə də yollar çox keçmədən dağılır”.

Əliheydər Əliyev bildirir ki, daşıdıqları bütün malların müvafiq sənədləri var:

“Daşıdığımız bütün malların ölçüsünə, çəkisinə, giriş-çıxış tarixinə qədər bütün sənədlər var. Üzləşmələrimz olub, boyunlarına aldılar ki, borcludurlar, ancaq borcu qaytarmırlar.

Əliheybət Şirinovun əksər məmurlarla yaxşı münasibəti var, ona görə də dərdimizi hara deyiriksə, baxan olmur. Onun çirkin əməllərinə etiraz olaraq, aclıq aksiyası da keçirmişik, özümüzə qəbir də qazmışıq. O. hətta günahkar ola-ola, Yasamal rayon Məhkəməsində bizə qarşı xüsusi ittihamla iddia da qaldırmışdı. Sübutları təqdim etdikdən sonra qaldırdıqları iddia rədd edildi”.

Əliheybət Şirinovun əməlləri nəticədinsə müflis olduğunu deyən Əliheydər Əliyev bu məsələdə ölkə rəhbərliyindən kömək istəyir:

“Əliheybət Şirinov pulu ödməyəndə işçilərin pulunu vermək üçün 4 yük maşınını, iki minik avtomobilini satdım. Bundan əldə olunan 214 min manatla işçilərin pulunu verdim. İndi 80 min manat borcum var.

Yoldaşımın qızıllarına qədər satmışam. Əliheybət Şirinov məni bu vəziyyətə salıb. Ölkə rəhbərliyindən xahiş edirəm ki, bu problemin həllində kömək etsinlər. İstədiyim tək şey borcumun qaytarılmasıdır”.

image-img-20210217-wa0040 image-img-20210217-wa0039 image-img-20210217-wa0038 image-img-20210217-wa0037 image-img-20210217-wa0036 image-img-20210217-wa0035 image-img-20210217-wa0034 image-img-20210217-wa0033 image-img-20210217-wa0032

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki