Mərkəzi Asiya ölkələri arasında yeni əməkdaşlıq sahəsi – “Rəqəmsal İpək Yolu” layihəsi

image-ilham-eliyev-3backend

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. O, çıxışı zamanı Azərbaycanın bu region ölkələri ilə yeni əməkdaşlıq sahəsi barədə danışıb. Bildirib ki, ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir.

Bəhsi gedən “Rəqəmsal İpək Yolu” layihəsi nəyə xidmət edir?

“Rəqəmsal İpək Yolu” – AzərTelekom telekommunikasiya operatoru tərəfindən həyata keçirilən və Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafının sürətləndirilməsinə yönəlmiş irimiqyaslı layihədir. Proqram çərçivəsində icra olunan bu layihə Avropanın internet mərkəzlərindən rəqəmsal kontentin və internet xidmətinin məhz Azərbaycan üzərindən Asiya ölkələrinə daşınması nəzərdə tutur. 2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası`nda da Xəzərin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin icrasının sürətləndirilməsi, Avropa ilə Asiya arasında yüksək ötürmə gücünə sahib olacaq fiber-optik internet xəttinin qurulması prioritet vəzifə olaraq qəbul olunub.

 “Rəqəmsal İpək Yolu” layihəsinin məqsədi nədir?

Layihənin məqsədi beynəlxalq internet marşrutlarının Azərbaycandan keçməsi, ölkədə və regionda informasiya texnologiyalarının və rəqəmsal ekosistemin inkişafıdır. Bundan başqa, Asiya və Avropa arasında rəqəmsal dəhlizin yaradılması, eləcə də sualtı və yerüstü fiber-optik magistral kabel xətlərinin çəkilməsi daxildir.

Hal-hazırda Mərkəzi Asiya ölkələri informasiya və internet baxımından Rusiya üzərindən gələn internet kabeli ilə təchiz olunur. Həm Mərkəzi Asiya, həm Avropa ölkələri internet kabelinin Rusiyadan yan keçməklə Mərkəzi Asiya ölkələrinə keçməsinin qənaətindədirlər. Buna görə də Azərbaycan hökuməti belə bir təşəbbüsə start verib. Bu təşəbbüsə Özbəkistan qoşulub, Tacikistan qoşulur, Qazaxıstan və Türkmənistan da bu məsələyə qoşula bilər. Gələcəkdə bu kabelin uzanaraq Çinə qədər davam etməsi gözləniləndir.

Bunu da qeyd edək ki, “Rəqəmsal İpək Yolu” layihəsi 2020-ci ildə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihəsindən biri seçilib”.

 Leyla Quluzadə Bakı Qızlar Universiteti

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki