Tanınmış türkiyəli aktrisa Fatma Girik 79 yaşında vəfat edib.
Busaat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bir müddətdir İstanbulda xəstəxanada müalicə olunurdu.
Qeyd edək ki, 1942-ci il dekabrın 12-də İstanbulda anadan olan F.Girik daha çox “Yeşilçam” ulduzu kimi populyarlıq qazanıb.
***
Fatma Girikin ölüm səbəbi açıqlanıb.
“Hürriyet”in yazdığına görə, aktrisa COVID-19-la bağlı inkişaf edən orqan çatışmazlığından vəfat edib.