Amerikalı müğənni Britni Spirsin atası Ceyms Spirs qızı üzərində qəyyumluqdan imtina edib.
Bu barədə Busaat.az “Variety” jurnalına istinadən xəbər verir.
Onun məlumatına görə, Spirsin vəkili Los-Anceles (Kaliforniya ştatı) məhkəməsinə müvafiq bildiriş göndərib.
Daha əvvəl ABŞ-ın Los-Anceles şəhərində keçirilən məhkəmə iclasında çıxış edən B. Spirs üzərində 13 ilə yaxındır davam edən qəyyumluğun ləğv edilməsini xahiş etmişdi.
Qafqazinfo