Milli Məclisin “vurhavur”lu SON İCLASI: “Görünür, kiminsə yadına düşüb ki…” – PARTİYA SƏDRİ

Milli Məclisin “vurhavur”lu SON İCLASI: “Görünür, kiminsə yadına düşüb ki…” – PARTİYA SƏDRİbackend

Milli Məclisin iyunun 8-də keçirilən son iclası, demək olar ki, parlamentin ən sərt çıxışlarla yadda qalan toplantısı oldu.

Deputatlar məmurları, maliyyə naziri Samir Şərifov isə Mədəniyyət Nazirliyini “vurdu”. Milli Məclisin bu “atəşli” toplantısı cəmiyyətdə geniş müzakirə obyektinə çevrilib.

Bəs, görəsən, bu sərt çıxışlar nə ilə əlaqədar idi?

Mövzu ilə bağlı Busaat.az-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məsələyə ironik yanaşaraq bunları deyib:

“Ali hakimiyyət qurumları bir-birilərinin fəaliyyətinə nəzarət etməlidir. Azərbaycanda, demək olar ki, parlament konstitusiyada nəzərdə tutulan fəaliyyəti həyata keçirə bilmir. Görünür, kiminsə yadına düşüb ki, Azərbaycanda da bir parlamentin olduğunu nümayiş etdirsinlər. Mən Milli Məclisin son iclasındakı çıxışların sərtliyini bununla əlqələndirirəm”.

Emin

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki