Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 843 $▼0.29%
  • Ethereum2 379 $▼0.22%
  • S&P 5007 624▼0.52%
15°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
İdman

Millimiz bu gün final mərhələsinə vəsiqəni təmin edə bilər

image-f4c5886c-dd45-3ee6-ae53-1f1a8a94ccb9_850

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Busaat.az xəbər verir ki, 3-cü qrupda yer alan yığma sayca dördüncü sınağında Moldova seçməsinin qonağı olacaq. Çoresku şəhərindəki “FMF Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qarşılaşmanın əsas referisi polşalı Damian Qrabovski olacaq. İkinci hakim funksiyasını onun həmyerlisi Dominik Tsipinski yerinə yetirəcək. Matçın üçüncü hakimi moldovalı Viktor Bugenko, UEFA nümayəndəsi isə serbiyalı Zoran Dimiç olacaq.

Avropa çempionatının seçmə mərhələsi

3-cü qrup

20:30. Moldova – Azərbaycan

Hakimlər: Damian Qrabovski, Dominik Tsipinski (Polşa), Viktor Bugenko (Moldova)

Çoresku, “FMF Arena”.

Qeyd edək ki, 3 oyundan sonra Azərbaycan yığması 9 xalla 1-ci, Moldova 4 xalla 3-cü pillədə qərarlaşıb. Joze Alesionun başçılıq etdiyi kollektiv bu gün qələbə qazanacağı halda final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edə bilər.

Qrupda IV turun ilk matçında Yunanıstanı 5:0 hesabı ilə məğlub etmiş Slovakiya 7 xalla 2-ci pillədə yer alıb. Xalı olmayan Yunanıstan isə sonuncudur.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul