Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 265 $▼0.63%
  • Ethereum2 331 $▼1.03%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
İdman

Millimiz Slovakiya ilə oyuna itkilərlə yollandı

image-futzal

Avropa çempionatının seçmə qrup oyununda Slovakiya ilə qarşılaşacaq Azərbaycan millisi bu gün səfərə çıxıb.

Busaat.az xəbər verir ki, Bakı – İstanbul-Budapeşt hava reysi ilə hərəkət edəcək komanda Macarıstanın paytaxtından oyunun keçiriləcəyi Slovakiyanın Levitse şəhərinə avtobusla yollanacaq.

“Astrum Laus” hotelində məskunlaşacaq millinin heyətində itkilər var. Zədəli olan Bolinya və Hadi Ahmadi bu görüşdə komandaya kömək edə bilməyəcək.

Baş məşqçi Joze Alesio Da Silva bu səbəbdən, 3-ü qapıçı olmaqla 12 oyunçunun xidmətindən yararlanacaq. Yüngül zədəsi olan Amir Şocayi, baş məşqçi şans verəcəyi təqdirdə, meydana çıxacaq. İki gün əvvəl məşqdə zədələnmiş Bolinya və Hadi Ahmadi isə müalicəsini Bakıda davam etdirəcək. Onların aprelin 14-də Yunanıstanla Bakıda keçiriləcək görüşə qədər hazır olacağı gözlənilir.

Qeyd edək ki, aprelin 8-də keçiriləcək Slovakiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Azərbaycan yığması 4 turdan sonra III qrupda 12 xalla liderdir və Avropa çempionatına vəsiqəni vaxtından əvvəl təmin edib.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul