Azərbaycanın qadınlardan ibarət millisinin Rusiya ilə keçirəcəyi yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.
Busaat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 22 futbolçu dəvət edib.
Yoldaşlıq görüşləri yığmanın noyabrın 26-dan dekabrın 3-dək Rusiyanın Soçi şəhərində keçirəcəyi təlim-məşq toplanışı zamanı baş tutacaq.
Milliyə dəvət alan futbolçuların siyahısı:
S. | Ad/Soyad | KLUB |
1 | Aytac Şərifova | Hakkarigücü (Türkiyə) |
2 | Günay İsmayılova | Neftçi |
3 | Nigar Mirzəliyeva | Zenit (Rusiya) |
4 | Manə Mollayeva | Neftçi |
5 | Fidan Cəfərova | Neftçi |
6 | Kamilla Məmmədova | Okjetpes (Qazaxıstan) |
7 | Vüsalə Seyfəddinova | Neftçi |
8 | Firəngiz Teymurova | Neftçi |
9 | Jalə Məhsimova | Bəylərbəyi Spor (Türkiyə) |
10 | Coşqunə Əliyeva | Neftçi |
11 | Sevinc Cəfərzadə | Krasnodar (Rusiya ) |
12 | Kristina Bakarandze | Qalatasaray (Türkiyə) |
13 | Ayşən Əhmədova | Krılya Sovetov (Rusiya) |
14 | Alina Dorofeyeva | Yenisey (Rusiya) |
15 | Diana Məmmədova | Yenisey (Rusiya) |
16 | Milana Rəhimova | Ünyespor (Türkiyə) |
17 | Ayşən Salamzadə | Neftçi |
18 | Vüsalə Hacıyeva | Ünyespor (Türkiyə) |
19 | Aysun Əliyeva | Neftçi |
20 | Aysun Muradova | Gölbaşı Bələdiyyə Spor (Türkiyə) |
21 | Fatimeyi Zəhra Hüseynli | Dirçəliş |
22 | Sevinc Fəttazadə | Neftçi |
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 28-də FİŞT Olimpiya Stadionunda, dekabrın 2-də isə “Soçi” klubunun Məşq Bazasında Rusiya yığması ilə qarşılaşacaq. Hər iki matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.