Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
18°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Gündəm

Minaya düşən hərbçinin ayağı amputasiya olundu

image-trend_mina_150321

Dünən Füzulidə minaya düşən hərbçilərdən birinin ayağı amputasiya olunub.

Busaat.az  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu olan 2002-ci il təvəllüdlü Murad Məmmədzadə sol ayağı topuqdan aşağı amputasiya olunub. Onun Lənkəranın Liman şəhər sakini olduğu bildirilir.

Digər yaralı hərbçi, İmişli rayonu Cəfərli kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədzadə Sarib İdris oğlu sağ ayağına cərrahi müdaxilə edilərək əməliyyat olunub. Onun ayağı amputasiya olunmadan xilas edilib.

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev  məlumatı təsdiqləyib.

Qeyd edək ki, hər iki hərbçi dünən Füzuli rayonunun Şükürbəyli kəndinə xidmətdə olarkən piyada əleyhinə minaya düşüblər.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul