“Mingəçevir” futbol komandasının baş məşqçisi Füzuli Məmmədova olan kin-küdurətinin arxasında nə gizlənir?

image-whatsapp_image_2025-01-28_at_151148backend
İLKİN, YOXSA İLİN KİNİ?
Sportinfo.az saytının rəhbəri İlkin Vaqifoğlunun “Mingəçevir” futbol komandasının baş məşqçisi Füzuli Məmmədova olan kin-küdurətinin arxasında nə gizlənir?
Sportinfo.az adlı sayt var. Adından da göründüyü kimi idman saytıdır. Rəhbəri İlkin Vaqifoğlu adlı bir adamdır. Özünə jurnalist deyir, amma jurnalistika qaydalarına əməl etmir.
Bu İlkin Vaqifoğlunun ölkə futbolunun 1-ci liqasında oynayan “Difai” komandası ilə bilmirəm nə əlaqəsi var. İşi-gücü keçmiş “Difai”çiləri təqib etməkdir. Məsələn, “Mingəçevir” FK-nın baş məşqçisi Füzuli Məmmədov bir müddət “Difai”ni çalışdırıb, sonra “Mingəçevir”ə dəvət olunub.
Bu dəvətdən sonra İlkin Vaqifoğlu müəllim sportinfo.az saytında Füzuli Məmmədova qarşı əməlli-başlı kampaniyaya start verib. Demək olar ki, 1-ci liqanın hər turunda Füzuli Məmmədova bir qərəzli məqalə həsr edib. Tənqidi bəzən həddi aşaraq təhqir həddinə çatıb.
Gah yazır ki, futbolçular Füzuli Məmmədovdan narazıdır, gah da deyir, klub rəhbərliyi onunla yolları ayırır. Bunların da heç biri baş vermir. Çünki ortada belə fakt yoxdur. Reallıq tam başqadır. Şəxsən mən sportinfo.az saytının Füzuli Məmmədov haqqında iddialarını dəqiqləşdirmək üçün “Mingəçevir” komandasının futbolçuları, klubun rəhbərliyi ilə danışmışam.
Heç kim İlkin Vaqifoğlunun yazdıqlarını təsdiq etməyib. Belə olan halda İlkin Vaqifoğlu görəsən hansı məntiqlə, hansı haqla bu sözləri deyir?
Görəsən təhqiramiz kəlmələri yazmaq cəsarətini ona kim verir? Hüquq-mühafizə orqanları artıq jurnalistikadan bixəbər bu adamın hərəkətinə qiymət verməlidirlər. Həmçinin də Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası münasibət bildirsin. Görək İlkin Vaqifoğlunun Füzuli Məmmədova qarşı kininin arxasında nələr və kimlər dayanaır, səbəb nədir?
Heç olmasa futbol üzrə Azərbaycan çempionatının Birinci Liqasının turnir cədvəlinə, göstəricilərə baxıb nəticə çıxartsınlar. Çətin, ümidsiz vəziyyətdə olan, aşağı liqaya yuvarlanmaqda olan bir komandanı öhdəsinə götürərək, paytaxtı əyalətə dəyişən Füzuli Məmmədov bu komandanı 4-cü pilləyə yüksəltdi. Favoritlərlə baş-başa gələn bir mübariz kollektiv formalaşdırdı. Bunları məgər görmək çətindir, cənab İlkin Vaqifoğlu və sportinfo.az redaksiyası?
Məqalələriniz tənqidin ən primitiv formasıdır. Bəzən təhqir də sezilir. Şər-böhtan atmaqlar, təhqiramiz yazı başlıqları qoymaqla, ilk növbədə öz adınıza, jurnalist nüfuzunuza ləkə gətirirsiniz. Əgər yazdıqlarınız fakta əsaslanırsa, buyurun, ortaya sübut qoyun. Anonimlik çoxdan qadağan olunub. Siz jurnalistika qaydalarına əməl etməyi öyrənin, sonra idmançının işinə müdaxilə edərsiniz. Tənqid yazırsınızsa, qarşı tərəfin- Füzuli Məmmədovun da fikrini öyrənib mövqeyini əks etdirməlisiniz.
İlkin Vaqifoğlu bir azca sağlam məntiqlə düşünsə, öz yazdığından utanar. Sətirlərindən qərəz yağır. Mətbuat Şurası, Medianın İnkişafı Agentliyi, əlaqədar təşkilatlar, imkan verməyin ki, media resurslarından şantaj, böhtan platforması kimi istifadə olunsun. Şəxsən mən- Sima Babayeva, sportinfo.az saytında yazılanlarla bağlı “Mingəçevir” FK futbolçularının, rəhbərliyin fikrini öyrənmişəm.
Hər kəs Füzuli müəllimin iş prinsipini bəyəndiyini, ona etmad göstərdiyini bildirib. Yeni mövsümdə yeni hədəfləri düşündükləri vaxt belə əsassız yazıları hansısa arxada gizlənən ünsürlərin təxribatı hesab edirlər.
Bir 1 nəfər, saqqal və xəbər otağı şəkili ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki