Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “Kürü keçək?!” açıq suda üzmə yarışı keçirilib.
Busaat.az xəbər verir ki, layihə ikinci dəfə Mingəçevirdə, Kür sahilində reallaşıb.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, nazirlik və federasiya rəsmiləri iştirak ediblər.
Kür çayının iki sahili arasında, 300 metr məsafədə təşkil olunan yarışda Azərbaycanın bütün rayon və şəhərlərindən üzməyi bacaran 12 yaşdan yuxarı şəxslər mübarizə aparıblar.
Qeyd edək ki, 2022-ci ildə eyniadlı layihədə müxtəlif yaşlarda təxminən 300-ə yaxın peşəkar və həvəskar üzgüçü iştirak edib.