MİQ imtahanında yerdəyişmə problemi: “Məktəb mühitinə uyğunlaşmaq üçün 3 il çox deyil”

image-0b1052eb64abf82c894c74da11be03b8backend

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqin Bağırov “Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər” mövzusunda keçirilən onlayn brifinqdə bildirib ki, test imtahanı mərhələsində namizədlər əvvəlki kimi 60 yox, 100 bal toplamalı olacaqlar. 40 ixtisas sualı olacaq ki, hər bir fənn üzrə düzgün cavab 2 bal, metodika üzrə 1 bal tətbiq ediləcək. Eyni zamanda səhv cavablandırılmış 4 testin cavabına görə 1 düzgün cavab silinəcək.

Mövzu ilə bağlı təhsil eksperti Adil Vəliyev Busaat.az-a açıqlamasında bildirib ki, nəzərdə tutulan dəyişiklik müsbət nəticələrə səbəb olacaq:

image-44742101_2238339173053745_2253804545505230848_n_813-1

MİQ imtahanında yerdəyişmə problemi: “Məktəb mühitinə uyğunlaşmaq üçün 3 il çox deyil”

“Əvvəlki illərdən fərqli olaraq test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 90 dəqiqə deyil, 120 dəqiqə vaxt ayrılacaq. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə isə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Vakant yer seçilərkən və yerdəyişmə olarkən şəhid ailələrinə üstünlüyün verilməsi də bu ailələrə olan diqqət və qayğının göstərcisidir. Müsabiqənin test imtahanı mərhələsində namizədlərin imtahan nəticələri əsasında müsabiqə üzrə keçid balı müəyyənləşdiriləcək. Yuxarıda qeyd etdiyim məlumatlar, imtahan zamanının az olması, balların düzgün hesablanma qaydasının daha da şəffaf olmasını göstərəcək. Son olaraq da qeyd edim ki, bəzi namizədlər yerdəyişmə üçün qeyd edilən vaxtdan narazı ola bilərlər. Ancaq məktəb mühitinə uyğunlaşmaq üçün 3 il heç də çox deyil”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90