Avropa Şurasının prezidenti Şarl Mişel Qəzza zolağında Əl-Əhli Əl-Ərəbi xəstəxanasına edilən faciəli hücumdan dəhşətə gəlib.
Busaat.az xəbər verir ki, bu barədə Mişel X-də yazıb.
“Bu hadisə ilə bağlı bütün faktların hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsi lazımdır. Biz həmçinin Qəzza zolağında humanitar yardımın dərhal əldə edilməsinə çağırırıq”, – Mişel qeyd edib.
Pəri Əlizadə,
Busaat.az