Moskva və Pekin münasibətləri bütün sınaqlara ləyaqətlə dözür – Putin

image-putinn-1backend

Artan geosiyasi gərginlik şəraitində Rusiya-Çin strateji tərəfdaşlığının sabitləşdirici amil kimi əhəmiyyəti artır.

Busaat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çin sədri Si Tsipinlə keçirdiyi videokonfransda deyib.

Onun sözlərinə görə, Moskva ilə Pekin arasında münasibətlər bütün sınaqlardan ləyaqətlə çıxıb, yetkinlik və sabitlik nümayiş etdirir və dinamik şəkildə genişlənməkdə davam edir: “Siz və mən əvvəllər qeyd etdiyimiz kimi, bu əlaqələr tarixin ən yaxşısıdır və 21-ci əsrdə böyük dövlətlər arasında əməkdaşlıq modelini təmsil edir”.

“Gələn ildə intensiv ikitərəfli mübadilələr davam edəcək. Şübhə etmirəm ki, sizinlə də şəxsən görüşmək imkanı tapacağıq. Gələn ilin yazında Moskvaya dövlət səfərinizi səbirsizliklə gözləyirik, hörmətli cənab sədr, əziz dost. Bu səfər əsas məsələlərdə Rusiya-Çin əlaqələrinin gücünü dünyaya nümayiş etdirəcək və ikitərəfli münasibətlərdə ilin əsas siyasi hadisəsinə çevriləcək” – deyə, Rusiya lideri bildirib.

Putinin sözlərinə görə, bəzi Qərb ölkələrinin qeyri-qanuni məhdudiyyətlərinə və birbaşa şantajına baxmayaraq, Rusiya və Çin qarşılıqlı ticarət dövriyyəsinin rekord yüksək artım tempini təmin edə biliblər: “İlin sonunda bu, təxminən 25 faiz artacaq. Bu dinamikanı qoruyub saxlasaq, 2024-cü ildə qarşımıza qoyduğumuz 200 milyard dollarlıq hədəfə vaxtından əvvəl çata biləcəyik”

Rusiya prezidenti qeyd edib ki, hərbi və hərbi-texniki əməkdaşlıq Rusiya-Çin əməkdaşlığının bütün aspektlərində xüsusi yer tutur: “Bu, ölkələrimizin təhlükəsizliyini təmin etməyə və əsas regionlarda sabitliyi qorumağa kömək edir. Biz silahlı qüvvələr arasında qarşılıqlı fəaliyyəti gücləndirməyi hədəfləyirik”.

“Qlobal geosiyasi mənzərənin davam edən transformasiyasının səbəbləri, gedişatı və məntiqi ilə bağlı eyni fikri bölüşürük. Qərbin misli görünməmiş təzyiqləri və təxribatları altında öz prinsipial mövqelərimizi müdafiə edirik” – deyə, Putin bildirib.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki