Moskvaya böyük PUA hücumu: Ölən və yaralananlar var

image-moskvapuabackend

Rusiyanın paytaxtı Moskvaya qarşı indiyə qədərki ən böyük PUA (pilotsuz hava vasitəsi) hücumlarından birinin edildiyi açıqlanıb.

News24.az xəbər verir ki, hücumlar nəticəsində azı bir mülki şəxs ölüb, üç nəfər yaralanıb.

Moskva meri Sergey Sobyanin qeyd edib ki, şəhərə yaxınlaşan azı 60 PUA hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Sobyanin Telegram vasitəsilə verdiyi açıqlamada, “Moskvada bir binanın damı vurulan PUA-nın dağıntıları nəticəsində zədələnib” dedi.

Bildirilib ki, PUA-ların qəzaya uğraması nəticəsində şəhərin müxtəlif yerlərində kiçik miqyasda yanğınlar başlayıb.

Qeyd edək ki, PUA hücumları Moskva ətrafındakı Jukovo və Domodedovo hava limanlarının da müvəqqəti bağlanmasına səbəb olub. Hava təhlükəsizliyini təmin etmək üçün hər iki hava limanında bütün uçuşlar təxirə salınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki