Müasir medianın ən böyük problemi nədir ?

image-60e2c84a9c65160e2c84a9c652162547514660e2c84a9c64d60e2c84a9c64fbackend

Bu gün ən ciddi problemlərdən biri peşə etikasıdır. Ümumiyyətlə, jurnalist etikası məsələsi hər zaman aktual olub, amma iyirmi birinci əsrdə internet alətlərinin inkişafı, jurnalistikada yeni formatların üzə çıxmağı peşə etikası problemini daha da aktuallaşdırıb. İkinci məsələ isə monopoliya problemidir. Hətta mən deyərdim ki, iyirmi birinci əsrin artıq ilk illərindən başlayaraq bu problemlə bağlı bir sıra beynəlxalq jurnalistika təşkilatları “SOS” siqnalı verib. Məsələn, Beynəlxalq Jurnalistlər Federasiyası buna misal ola bilər. Beynəlxalq Jurnalistlər Federasiyası 2003-cü ildə Seulda keçirilən toplantıda monopoliya sualıni qaldırmışdır. Üçüncü məsələ isə jurnalistlərin hüquq və vəzifələri ilə bağlıdır. Bu hər zaman üçün aktual bir mövzudur. Hər il biz nə qədər jurnalistin öz peşə borcunu yerinə yetirərkən qətlə yetirildiyinin şahidi oluruq. Dördüncü problem isə informasiya müharibəsi ilə bağlıdır. Dezinformasiya axının sərhədsiz ictimai rəyə təsir edə biləcək gücdə olması ən böyük problemlərdən biridir.

-Belə bir fikir var ki, media maraqlı olmaq üçün bədbin xəbərlərə daha çox üstünlük verir, və bu da insanlar arasında əsəbiliyə səbəb olur, bu doğurdanmı belədir ?

Belə bir fikir var, amma bu doğru yanaşma deyil. Jurnalistikanın vəzifəsi cəmiyyəti doğru-düzgün məlumatlarla bilgiləndirmək və maarifləndirməkdir. Bu mənada təbii ki, jurnalistika daha çox auditoriya əldə etmək üçün maraqlı xəbərlərə qaça bilər, amma əsla bu, o demək deyil ki, jurnalistika öz fəlsəfəsindən irəli gələn dəyərləri tapdalamalıdır və ya bu dəyərlərdən imtina etməlidir. Belə bir şey ola bilməz. Biz xəbəri bədbin və ya qeyribədbin deyə bölə bilmərik. Əgər xəbər kriminal və ya qətl hadisələri ilə bağlıdırsa , bu zaman jurnalist müəyyən psixoloji məqamları nəzərə almalıdır.

Müsahibimiz Azərbaycanın əməkdar jurnalisti, filologiya elmləri doktoru və Baki Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğludur.

Busaat.az Vüqar Zifəroğlu ilə olan müsahibəni təqdim edir:

-İnsanların KİV-ə daha az etibar etməyə başlamasının səbəbi nədir ?
Dezinformasiyalar, “fake” xəbərlər və ümumiyyətlə, “sosial media” anlayışı günümüzə o qədər təsir edir ki, biz artıq müəyyən mənada o inamı itirmiş oluruq. Bu, təbii ki, müsbət bir hal deyil, sadəcə olaraq burada bir məqam var ki, biz əslində peşəkar jurnalistikayla sosial medianı fərqləndirməyi bacarmalıyıq. Peşəkar jurnalistikaya verilən dəyər ilə sosial mediayaverilən önəmi fərqləndirməliyik. Heç bir halda sosial media qaynaq deyil və sosial mediada oturub, xəbər paylaşan hər adamda jurnalist deyil.

-Media onilliklər əvvəlkindən daha yaxşı və ya pis cəhətdən inkişaf edir ?

Mən o fikrin tərəfdarıyam ki, yaxşı cəhətdən inkişaf edir. Bir az əvvəl sadaladığım problemlər hər zaman mövcud olub və indidə var, bundan sonra da olacaq. Yaxşı inkişaf isə ilk növbədə xəbər mübadiləsi işinin daha yüksək səviyyədə, sərhədsiz və keyfiyyətli şəkildə təmin edilməsidir. Dövrümüzdə informasiya mübadiləsinə kömək ola biləcək istənilən alət həm də jurnalistin alətidir.

-Son illər ərzində elə bir hadisə olub ki, KİV onu şişirilmiş versiyada çatdırsın ?

Olub. 2021-ci ildə palçıq vulkanı püskürmüşdü, və bunu tamamilə şişirilmiş formada təqdim etmişdilər, əsasən də sosial mediada. Hətta qonşu olan bir ölkənin raketlə bizim təyyarəmizi vurmasına qədər dezinformasiyalar yaydılar. Mən də buna görə öz etirazımı bildirmişdim. Mən burada yenə də sosial media məsələsinə qayıtmaq istəyirəm. Süni bir mövzunu gündəmə daşıyırlar. Son iki ildə mən bunu müşahidə etmirəm, amma buna qədər olurdu. Məsələn, hər dəfə Qurtuluş Günü kimlərinsə yadına Osmanlı-Səfəvi döyüşləri düşürdü. Başlayırdılar bunun ətrafında qızğın müzakirələr aparmağa, çox maraqlıdır. Yəni, sentyabrın on beşi, Türkiyə-Azərbaycan qardaşlığının simvolu- Bakinın “Qurtuluşu Günü” olduğu halda, kimlərinsə 1514-cü ildə baş vermiş Çaldıran Döyüşü bağlı müzakirələr aparması müəmmalı və sual doğuran bir məsələdir. Biz belə məsələlər olduğu zaman diqqətli olmalıyıq.

-Sizin jurnalistikayla təzə məşğul olduğunuz vaxtlarda zamanlar etdyiniz səhvləriniz olub ?

Bəli, olub. O vaxt mənim 17-18 yaşım vardı və təbii ki, səhvlərim olurdu. Onsuzda o səhvlərdən nəticə çıxara-çıxara uğur qazanırıq. Jurnalistika çox ağır, çətin və məsuliyyətli bir peşədir. Jurnalistikaya həyatını həsr etmək həm peşəkarlıq, həm də sevgi tələb edir. Biz də bu sevgi ilə gəlmişik, amma o vaxtlar səhvlərim olurdu. Təbii ki, bu səhvlərimi dərhal düzəltmişəm. Jurnalist üçün ən önəmli məsələ öz üzərində işləməsidir. Jurnalist əgər inkişaf etmək istəyirsə, jurnalistikada karyera qurmaq istəyirsə, o, mütləq öz üzərində çalışmalıdır. Jurnalist ilk növbədə hansı sahə üzrə getmək istədiyini özü üçün aydınlaşdırmalıdır. Mən “universal jurnalistika” anlayışını qəbul etmirəm. Mən 90-cı ilin ortalarından jurnalistikadayam və ali təhsilli beynəlxalq jurnalistəm. Mən bu sahəyə illərimi vermişəm, bu sahədə özümü təsdiq etmişəm. Artıq bu gün mən analitik kimi də qəbul olunuram. Jurnalist yazdığı sahə üzrə həm də ixtisaslaşmış bir peşəkar, alim, ziyalı kimi də qəbul edilməlidir sonraki mərhələlərdə. Bu mənada jurnalist təkcə o sahəni öyrənmir, eyni zamanda o sahə üzrə özünü yetişdirib, bir mütəxəssisə çevrilir, bu çox vacib bir məqamdır.

Sərvinaz Hacalıyeva

Busaat.az

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90