“Münasibətlərdə müsbət dəyişiklik Ermənistandan asılıdır” – ŞƏRH

image-1676726807173083770063f0d217bc268backend

“İstənilən halda Münxendə Blinkenin moderatorluğu altında keçirilən görüşlərin iki ölkənin münasibətlərinin gələcəyi baxımından müsbət dəyişikliklərə səbəb olma ehtimalları kifayət qədər yüksəkdir”.

Bunu Münxendə keçirilən görüşün yaxın perspektivdə görəcəyimiz nəticələri haqqında fikirlərini bildirən politoloq Tural İsmayılov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Münxen görüşünün canlı yayımını Azərbaycanın hansısa media qurumun kəsməyində heç bir maraq yoxdur:

image-1672768055_752-1

“Sözügedən hadisə ətrafında manipulyasiya etmək məsələni sadəcə siyasiləşdirməyə xidmət edir. İstənilən halda canlı yayımla bağlı Azərbaycan Dövlət Televiziyasının ortada olan mövqeyi var. AzTV məsələni aydınlaşdırmışkən hansısa əlavə yorumlara və şərhlərə yol vermək ədalətsizlik, məsələnin mahiyyətinin başqa məcraya yönləndirmək cəhdləridir”.

Görüşün müzakirəsinə gəldikdə isə politoloq qeyd edib: “Azərbaycan və Ermənistan arasında münasibətlərdə müsbət dəyişiklik daha çox Ermənistandan asılıdır. Çünki Azərbaycan otuz illik işğal dövründə də, Vətən müharibəsində qazandığı qələbədən sonra da regionda sülh və sabitliyin olmağında maraqlı olduğunu dəfələrlə nümayiş etdirib. Həm Ermənistana, həm də vasitəçi qüvvələrə Azərbaycanın sülh çağırışları bir neçə dəfə bildirilib. Buna baxmayaraq, bu günə qədər Ermənistan prosesi sabotaj etməklə məşğuldur. İstənilən halda Münxendə Blinkenin moderatırlığı altında keçirilən görüşlərin iki ölkənin münasibətlərinin gələcəyi baxımından müsbət dəyişikliklərə səbəb olma ehtimalları kifayət qədər yüksəkdir”.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki