NATO-nun Rusiya və Ukrayna arasında münaqişədə iştirakı davam edir.
Busaat.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
Rusiyadakı bir çox şirkətin orduya müxtəlif dəstəklər verdiyini ibildirən Peskov, “Onlar əhəmiyyətli miqdarda pul bağışlayır, texnika təmir edir, əsgərlərə kömək edir, onları təkmilləşdirirlər”, – deyə bildirib.
NATO-nun Ukraynadakı qarşıdurmalara qarışdığını bildirən Peskov əlavə edib: “NATO bizə düşmən olan bir təşkilatdır və düşmənçiliklərini hər keçən gün təsdiqləyirlər, özlərinin də bu münaqişəyə qarışdıqlarını göstərmək üçün əllərindən gələni edirlər”.
Busaat.az