NATO-dan Türkiyəyə DƏSTƏK

image-300422-turkiye-natobackend

NATO-ya üzv 30 ölkə və alyansa dəvət edilən İsveç və Finlandiyanın töhfələri ilə Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar təcili yardım personalı və lazımi materiallarla dəstək verilib.

Busaat.az xəbər verir ki, NATO-dan verilən yazılı açıqlamada, İsveç və Finlandiya da daxil olmaqla, 20-dən çox NATO müttəfiqi və tərəfdaşından 1400-dən çox fövqəladə müdaxilə personalın Türkiyəyə yerləşdirildiyi bildirilib.

Açıqlamada itlərin axtarış-xilasetmə qrupları, yanğınsöndürənlər və struktur mühəndis qrupları, tibb personalı və ləvazimatları və seysmik ekspertlər də daxil olmaqla müxtəlif formalarda yardım göstərildiyi qeyd edilib.

Bəyanata əlavə olunub ki, sözügedən dəstək NATO-nun 24 saat fəaliyyət göstərən əsas mülki fövqəladə hallara cavab mexanizmi olan NATO-Avropa-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi (EADRCC) vasitəsilə təmin edilib.

Açıqlamada, Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahı qarşısında Türkiyə və türk xalqı ilə həmrəylik və fəlakətlərdə həyatını itirənlər üçün 30 müttəfiq ölkənin bayraqlarının yarıya endirilməsi xatırladılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90