Naxçıvan “yaşıl enerji” zonasına çevrilə bilər

image-foto2backend

“Prezident İlham Əliyev şəhər sakinlərini salamlayaraq deyib ki, burada fiziki imkanları məhdud olan uşaqlar üçün bütün şərait yaradılıb: “Bildiyiniz kimi, Heydər Əliyev Fondu çox böyük fəaliyyətlə məşğuldur. Azərbaycanın bütün bölgələrində məktəb tikintisi, xəstəxanaların avadanlıqla təchiz edilməsi, mədəni irsimizin qorunması sahəsində böyük işlər görür. Eyni zamanda, uşaqlar, yeniyetmələr, kimsəsiz uşaqlar üçün şərait yaradılır. Bu mərkəzin yaradılması, əslində Azərbaycanda bu sahədə dövlət siyasətinin təzahürü kimi qiymətləndirilməlidir. çünki Azərbaycan dövləti öz sosial proqramlarını çox uğurla irəliyə aparır və çox şadam ki, ictimai təşkilatlar da bu işlərə qoşulurlar. İctimai təşkilatların arasında  Heydər Əliyev Fondu əlbəttə ki, xüsusi rola malikdir. İndi burada quraşdırılan bütün avadanlıq dünyanın ən yüksək standartlarına cavab verir. Fiziki imkanları məhdud olan uşaqlar burada oxuyacaqlar. Onlar cəmiyyətdən kənarda qalmayacaqlar. Azərbaycanda elə şərait yaradılmalıdır ki, bütün vətəndaşlar onların fiziki imkanlarına baxmayaraq, ondan asılı olmayaraq, cəmiyyətdə öz yerini tuta bilsin. Xəstə və fiziki cəhətdən qüsurlu uşaqlar bu gözəl binada oxuyacaqlar və əminəm ki, cəmiyyətdə öz yerini tapacaqlar. Bu savab işdə iştirak edən, bu işləri təşkil edən bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm. Müəllimlərə, buradakı təlimatçılara xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, bu, doğrudan da, böyük savab, xeyirxah işdir. Əminəm ki, uşaqlar da bunu qiymətləndirəcəklər. Bir daha sizi təbrik edirəm”.
Şəhər sakinləri adından çıxış edən Aygün Xudiyeva mərkəzin inşasına görə dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Prezident İlham Əliyev deyib: “Bu informasiya mərkəzidir, amma əslində bir  məktəbdir, tədris müəssisəsidir, təlim mərkəzidir. Gözəl binadır, xarici görünüşü də, şəraiti də gözəldir. Yenə də demək istəyirəm ki, bütün lazımi avadanlıq vardır. çox böyük işdir, gözəl işdir. Bir daha təbrik edirəm”.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev oktyabrın 5-də Naxçıvan şəhərində Gəmiqaya daş məhsulları kompleksinin açılışında iştirak edib. Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb.
Prezident İlham Əliyev əvvəlcə kompleksin ərazisində xammal nümunələrinə baxıb.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib və müəssisə ilə  yaxından tanış olub.
Məlumat verilib ki, tikintisinə 2009-cu ilin ortalarından başlanan Gəmiqaya daş məhsulları kompleksi travertin və mərmər emalı üzrə ixtisaslaşıb. Muxtar Respublikanın Qarabağlar, çalxanqala və Yuxarı Buzqov ərazilərindəki zəngin yataqlardan çıxarılan travertin və mərmər daşları emal üçün bu kompleksə gətirilir. ümumi sahəsi 53 min kvadratmetr olan kompleksdə müxtəlif çeşiddə inşaat və məişət məmulatı istehsal ediləcək. Məhsul buraxılışında istifadə edilən daşlar təbii olaraq antibakterial keyfiyyətə malikdir.
Prezident İlham Əliyevə məlumat verilib ki, kompleksdə Türkiyə istehsalı olan “SESEMAK” markalı avadanlıq quraşdırılıb. Böyük və kiçik ölçülü travertin plitələrdən, əsasən binaların fasadının və həyətyanı sahələrinin bəzədilməsində, mozaik travertinlərdən isə müxtəlif naxışlı bəzək üzlüklərin hazırlanmasında istifadə olunur. Müəssisənin gündəlik maksimum istehsal gücü 2 min kvadratmetrdir. Yaxın gələcəkdə kompleksdə travertin məhsulları ilə yanaşı, sədəf, mərmər məmulatlarının istehsalı da planlaşdırılır.
Bildirilib ki, kompleksdə 170 nəfərin işləyəcəyi nəzərdə tutulub. Hər işçiyə orta hesabla 400-450 manat əməkhaqqı veriləcək.
Prezident İlham Əliyev istehsal edilən məhsulların nümunələrinə baxıb.
Dövlətimizin başçısı kollektivi təbrik edib.
Oktyabrın 5-də Prezident İlham Əliyev Naxçıvan şəhərini içməli su ilə təmin edəcək su təchizatı sistemlərinin birləşdiyi paylayıcı qurğunun istifadəyə verilməsi mərasimində iştirak edib.
Şəhər ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Məlumat verilib ki, son illərdə Naxçıvanda həyata keçirilən infrastruktur layihələri arasında əhalinin içməli suya olan tələbatının ödənilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanan kredit müqaviləsinə əsasən, Naxçıvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədi ilə tikilən supaylayıcı şəbəkə vasitəsilə əhalinin içməli suya olan ehtiyacı tam şəkildə ödəniləcək. İçməli su şəhərə 17 kilometr məsafədən xüsusi boru xətləri ilə gətirilir,  təmizləndikdən sonra supaylayıcı qurğu vasitəsilə əhaliyə verilir. Qurğunun suötürmə gücü saniyədə 600 litrdir.
Hazırda Naxçıvan şəhərinin daxili su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilir. Layihə çərçivəsində 21 min 500 metr içməli su və 18 min 300 metr kanalizasiya xətti yenidən qurulub.
Supaylayıcı qurğunun yerləşdiyi ərazi şəhərin ümumi planına uyğun olaraq abadlaşdırılıb və yaşıllaşdırılıb.
Dövlətimizin başçısı Naxçıvan şəhərdaxili su və kanalizasiya şəbəkələrinin, şəhəri içməli su ilə təmin edəcək sistemlərin baş planlarına baxıb.
Məlumat verilib ki, Naxçıvan çayı yatağının yaxınlığındakı yeraltı su mənbələrindən çəkilən yeni boru kəmərləri şəhərin içməli suya olan tələbatını ödəməklə yanaşı, gələcəkdə su qıtlığının yaranmasının da qarşısını alacaq.
Sonra dövlətimizin başçısı içməli su sisteminin tikintisində  istifadə olunan boruların nümunələrinə baxıb.
Prezident İlham Əliyev Naxçıvan şəhərini içməli su ilə təmin edən qurğunu işə salıb.
Şəhər ictimaiyyətinin nümayəndələrini təbrik edən Prezident İlham Əliyev deyib ki, biz elə etməliyik ki, hər bir yerdə insanlar içməli su ilə təmin olunsunlar.
Şəhər sakini Əli Novruzov dövlətimizin başçısına ictimaiyyət adından təşəkkürünü bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri dünən başa çatıb. Həmin gün dövlətimizin başçısı Naxçıvandan Bakıya qayıdıb”

Mirzəyeva Səbinə, Bakı Qızlar Universiteti

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki