Neftimiz BAHALAŞDI

image-1704521217_1673421921_632aa9a7d9f9c632aa9a7d9f9d1663740327632aa9a7d9f9a632aa9a7d9f9bbackend

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb.

Busaat.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 2,75 dollar və ya 3,4% artaraq 83,45 ABŞ dollarına yüksəlib.

Ötən gün “Azeri Light” 80,70 dollara ticarət edilmişdi.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.Valyuta.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90