Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Netanyahu: "Səudiyyə Ərəbistanı ilə tarixi sülhün astanasındayıq"

image-benyamin-netanyahu

İsrail Səudiyyə Ərəbistanı ilə tarixi sülhün içindədir, Fələstinlilərin veto hüququ yoxdur.

Busaat.az xəbər verir ki. bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasında etdiyi çıxışda bildirib.

O, BMT Baş Assambleyasındakı çıxışında İsrailin 2020-ci ildə ərəb ölkələri ilə imzaladığı normallaşma sazişlərinə işarə edib.

Netanyahu İsrailin daha çox ərəb ölkəsi ilə normallaşma müqaviləsi imzalaması halında fələstinlilərlə sülhün əldə edilə biləcəyini ifadə edib.

“Fələstinlilərlə sülh razılaşmasını çoxdan arzulayırdım. Fələstinlilərə İsrailin yeni sülh müqavilələrinə veto hüququ verilməməlidir”. – İsrailin baş naziri bildirib.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul