Netanyahudan ABŞ-ə silah çağırışı: “Bizə silah verin”

image-bombabackend

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ administrasiyasını silah və sursat daşınması qarşısındakı maneələri aradan qaldırmağa çağırıb.

Busaat.az “Euronews”a istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Antoni Blinkenlə son görüşünə toxunaraq ABŞ-ə qarşı yeni çağırış edib.

O, ABŞ-nin İsrailə silah göndərilməsini dayandırmasının ağılsızlıq olduğunu bildirib:

“ABŞ administrasiyasının son bir neçə ayda İsrailə silah və sursat verməməsi anlaşılmazdır. Amerikanın ən yaxın müttəfiqi olan İsrail İrana və digər ümumi düşmənlərimizə qarşı canı üçün mübarizə aparır. Bizə silah verin və işi daha tez bitirək”.

Qeyd edək ki, Netanyahunun çağırışından sonra Ağ Evin ABŞ və İsrail arasında nəzərdə tutulan görüşü ləğv etdiyi iddia olunur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki