İsrailin baş naziri Benyamin Netanyahunun ofisi İsrail, Fələstinin Həmas hərəkatı, ABŞ və Qətər arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəs haqqında razılaşmanın imzalandığını təsdiqləyib. Busaat.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” bəyanata istinadən xəbər verir.
Müvafiq olaraq, sazişin imzalanması üçün Təhlükəsizlik Nazirlər Kabinetinin iclası çağırılacaq, bundan sonra hökumətin iclası keçiriləcək. Səsvermə yanvarın 18-də keçiriləcək.
Qeyd olunur ki, səsvermənin təxirə salınması ilə əlaqədar sövdələşmə çərçivəsində ilk üç girovun azad edilməsi yanvarın 20-dək təxirə salınacaq. Gecikmə HƏMAS ilə danışıqların sonunda yaranan fikir ayrılıqları ilə bağlı olub.
İsrailin Walla xəbər portalı yazır ki, Netanyahuya məlumat verilib ki, yanvarın 16-da axşam Dohada danışıqlar aparan qrup Qəzza zolağında girovların azad edilməsi və atəşkəs haqqında saziş imzalayıb.